VHP qurultay hazırlıqlarına start verib

VHP qurultay hazırlıqlarına start verib
# 30 yanvar 2014 10:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Vətəndaş Həmrəyliyi Partiyası ( VHP) Siyasi Şurasının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, VHP üzvü Ömər Məmmədovun həbsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı keçiriləcək tədbir və digər məsələlər müzakirə edilib.

İclasda rayon təşkilatlarının hesabat-seçki yığıncaqlarının keçirilməsi, partiyanın qurultay məsələsi də müzakirə olunub. Qurultaya hazırlıqla bağlı məsələləri həll etmək üçün fevralın son həftəsində Ali Məclisin sessiyasının çağırılması qərarlaşdırılıb.

Fevralın 4-də VHP-nin mərkəzi qərargahında “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixində rolu” mövzusunda dəyirmi masa keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR