Azərbaycanda gənclərin iştirakı ilə “BMT Təhlükəsizlik Şurasının nümunəvi iclası” keçiriləcək

Azərbaycanda gənclərin iştirakı ilə “BMT Təhlükəsizlik Şurasının nümunəvi iclası” keçiriləcək
# 14 sentyabr 2013 09:04 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Bu ilin oktyabrında Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə birlikdə “BMT Təhlükəsizlik Şurasının nümunəvi iclası” keçiriləcək”. APA-nın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Brok Gənclər Təşkilatlarının I Milli Konqresində deyib. O bildirib ki, bu tədbirdə BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvü olan ölkələrdən gələn gənclər iştirak edəcək: “Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik təmsilçilik hüququ əldə edib. Bu il sonuncu il olduğunu nəzərə alaraq BMT bu tədbirin Azərbaycanda keçirilməsi qərarına gəlib. Konfrans kiber təhlükəsizliyə həsr olunacaq”.

A. Brok qeyd edib ki, Azərbaycanda gənclərin ictimai-siyasi proseslərdə, sosial layihələrdə iştirak etməsinə yaradılan şəraiti alqışlayır: “Gənclər ölkənin gələcəyidir və ölkədə baş verəcək islahatların arxasında duracaq ən böyük qüvvədir. Azərbaycanda bunun təbii səbəbləri də var. Çünki Azərbaycanda əhalinin üçdə biri gənclərdən ibarətdir. Azərbaycanda gənclərin dövlət qulluğunda və özəl sektorda iştirakı daim artır. Ölkədə gənclər siyasəti ilə bağlı artıq iki dövlət proqramı həyata keçirilib. Gənclər sahəsində həyata keçirilən layihələrə ayrılan vəsaitin həcmi dəfələrlə artıb. Son iki il ərzində biz Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR