Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib
# 28 yanvar 2014 11:35 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, buna Azərbaycan millisinin martın 1-5-də keçiriləcək təlim-məşq toplanışı səbəb olub.

Martın 5-də yoxlama oyunu keçirəcək yığmamızın hazırlıqlarını nəzərə alan PFL çempionatın bəzi matçlarının vaxtının dəyişdirməyi lazım bilib.

Fevralın 16-da keçirilməli olan XXI turun “Bakı” – “Neftçi” görüşü 1 gün əvvəl baş tutacaq.

Bundan başqa, daha 3 turla bağlı qərar verilib. XXII turun bütün matçları fevralın 19-da, XXIII turun qarşılaşmaları fevralın 23-də, XXIV turun görüşləri isə 28-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR