Mədəniyyət və turizm naziri Xaçmazda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Mədəniyyət və turizm naziri Xaçmazda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 fevral 2014 10:17 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz şəhərində vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda Xaçmaz şəhərindən, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edib.

Mədəniyyət sahəsində işin təkmilləşdirilməsi barədə təkliflər səsləndirilib, turizmin inkişafı ilə bağlı problemlər qaldırılıb. Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərində xüsusiləşdirilmiş ustad dərslərinin keçirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması və s. məsələlər yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR