Bakıda magistral su xəttində qəza baş verib - FOTO

Bakıda magistral su xəttində qəza baş verib - <span style="color: red;">FOTO
# 28 fevral 2014 11:59 (UTC +04:00)

«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar bu gün və sabah Xəzər, Sabunçu və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

Qeyd edək ki, qəza magistral su xəttinin Yeni Ramana yaşayış massivindən keçən hissəsində baş verib. Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra əraziyə baxış keçirilib və məlum olub ki, magistral kəmərin mühafizə zolağında fərdi yaşayış evləri tikilib. Buna görə də qəzanın aradan qaldırılması üçün əraziyə texnika cəlbində ciddi çətinliklər var. Kəmərin sağ və sol hissələri tamamilə zəbt olunduğundan texnikanı yalnız kəmərlərin üzəri ilə əraziyə cəlb etmək mümkündür. Bu isə kəmərin digər hissələri üçün əlavə təhlükə yaradır.

«Azərsu» bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyektləri və digər tikililərin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR