“Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən 25 bakalavr qeydiyyatdan keçib

“Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən 25 bakalavr qeydiyyatdan keçib
# 14 aprel 2014 09:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, qeydiyyat üçün nəzərdə tutulmuş müddət bu gün saat 9:00-da yekunlaşıb.
E. Nağızadə bildirib ki, bu ixtisas üzrə təhsil almaq istəyənlər aprelin 4-dən 15-dək TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anket sorğusunu doldurmaqla qeydiyyatdan keçiblər: “Bu müddət ərzində “Jurnalistika” ixtisası üzrə magistraturada oxumaq üçün 25 nəfər qeydiyyatdan keçib. Cari ildə “Jurnalistika” ixtisası üzrə magistraturada ümumilikdə 43 yer ayrılıb ki, bunlardan 25-i dövlət sifarişi üzrədir. “Jurnalistika” ixtisası üzrə magistraturada təhsil almaq istəyən 25 nəfər buraya sənəd verib. Bu da jurnalistika ixtisası üzrə magistraturada qəbul planının dolmayacağını göstərir”.

Qeyd edək ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müsabiqədə iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR