ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi: “Ermənistanın addımı Dağlıq Qarabağ münaqişəsində partlayışa səbəb ola bilər”

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi: “Ermənistanın addımı Dağlıq Qarabağ münaqişəsində partlayışa səbəb ola bilər”
# 13 iyun 2013 10:20 (UTC +04:00)

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin dondurulmuş münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa Kiyevdə Strateji Diskussiya Klubunun toplantısında deyib. O bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməməsi təhlükə yaradır və ATƏT-ə sədrlik edən Ukrayna tezliklə belə bir görüşün baş tutması üçün hər iki tərəfə müraciət edib.

A. Deşitsa bununla yanaşı, bölgədəki sabitləşdirici faktorları da sadalayıb və bu sırada Ermənistanda keçirilmiş və Azərbaycanda keçiriləcək prezident seçkilərini göstərib. O, Rusiyanın münaqişələrin həllində roluna da toxunub: “Rusiya Qafqazda sabitlik və təhlükəsizliyin mövcud olmasında maraqlıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR