İranda ABŞ vətəndaşı on il müddətinə azadlıqdan məhrum edilib

İranda ABŞ vətəndaşı on il müddətinə azadlıqdan məhrum edilib
# 14 aprel 2014 09:27 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda ABŞ vətəndaşı on il azadlıqdan məhrum edilib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda günahlandırılan İran əsilli olan Əmir Mirzayi Hikmətinin məhkəmə prosesi gizli şəkildə keçirilib və hökm də qiyabi olaraq çıxarılıb. Belə ki, əvvəlcə edam cəzası almış ABŞ vətəndaşının apellyasiya şikayətinə ötən ilin dekabrında gizli şəkildə baxıldığı və təxminən dörd ay əvvəl on il azadlıqdan məhrum edildiyi bildirilir. Hazırda Ə.M.Hikmətinin ABŞ-da yaşayan ailəsi isə İran hakimiyyətini işə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, 1983-cü ildə Arizona ştatında doğulan və Miçiqan əyalətində yaşayan Ə.M.Hikməti əvvəllər ABŞ Hərbi-Dəniz Qüvvələrində tərcüməçi işləyib. O, 2011-ci ilin avqustunda İranda həbs olunub. 2012-ci il yanvarın 9-da Tehran İnqilab Məhkəməsi onu düşmən dövlətlə əməkdaşlıqda və ABŞ kəşfiyyatına işləməkdə təqsirli bilərək edam cəzasına məhkum edib. Ancaq İran Ali Məhkəməsi onun barəsində çıxarılmış ölüm hökmünü ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR