“Qarabağ savaşı və şəhidlik məktəbi” mövzusunda dəyirmi masa keçirilib

“Qarabağ savaşı və şəhidlik məktəbi” mövzusunda dəyirmi masa keçirilib
# 12 iyun 2013 09:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. "Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın təşkilatçılığı ilə Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarının ildönümünə həsr olunmuş "Qarabağ savaşı və şəhidlik məktəbi" mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, Azərbaycan ordusunun Qarabağdakı uğurlu döyüş əməliyyatları barədə məlumatlar cəmiyyətə aşılanmalıdır. Onun sözlərinə görə, cəmiyyətdə döyüş əhval-ruhiyyəsi artırılmalıdır: “Çünki işğal altında olan torpaqlarımız yalnız müharibə yolu ilə azad oluna bilər”.

“Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli deyib ki, bütün İslam dünyası Qarabağ probleminin həllində Azərbaycana dəstək verməlidir: “Bizim məqsədimiz xalqımızın qələbə inamını özünə qaytarmaq, onları döyüşə ruhlandırmaqdır. Dinlə döyüş bir vəhdət təşkil etməlidir. Yalnız İmam Hüseyn məktəbini dərk edərək, biz Qarabağa qayıda bilərik”.

İslam Partiyasının sədr müavini Hacı Akif şəhidlik haqqında danışaraq, onu əbədi dəyər kimi qiymətləndirib: “Bu dəyərə yiyələnmək üçün insan vətənini sevməli və ona sahib çıxmalıdır. Bu gün Qarabağın qurtuluşu şəhidlik məktəbini öyrənməkdən keçir. Bu məktəb öyrənildikdən sonra torpaqlarımız azad oluna bilər”.

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR