İran XİN rəhbəri: “Nüvə müzakirələrinin yekununda müqavilənin imzalanmasına nail olacağıq”

İran XİN rəhbəri: “Nüvə müzakirələrinin yekununda müqavilənin imzalanmasına nail olacağıq”
# 28 aprel 2014 08:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran altılıq ölkələrinin qanuni narahatlıqlarını aradan qaldırmağa hazırdır”.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran “altılıq” ölkələri ilə nüvə müzakirələrinə siyasi iradə nümayiş etdirərək qoşulub: “Biz inanırıq ki, qarşı tərəf də belə bir siyasi iradə ilə bizimlə danışıqlar masası arxasına əyləşib. İranın nüvə proqramı dinc məqsədlidir”.

M.C.Zərif deyib ki, İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrində yekun nəticə əldə olunacaq: “Rəsmi Tehranın danışıqlara yanaşması müsbətdir. Biz bu müzakirələrin yekununda müqavilənin imzalanmasına nail olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR