2012-ci ildə Azərbaycanda 189 uşaq həyatını itirib

2012-ci ildə Azərbaycanda 189 uşaq həyatını itirib
# 18 dekabr 2013 09:37 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Planetdə baş verən fövqəladə halların sayı son 20 ildə 2 dəfə artıb. Bu zaman 3 milyon insan həyatını itirib ki, onlardan da 1 milyonu uşaq olub".

APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi İdarəsinin rəisi Məhbubə Mustafayeva uşaq hüquqlarının müdafiəsi ilə bağlı keçirilən tədbirdə çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycanda müxtəlif səbəblər üzündən 1 yaşdan 14 yaşınadək 189 uşaq həyatını itirib, onlardan 106-sı 5-14 yaşında, 65-i 1-4 yaşında, 18-si isə 1 yaşınadək uşaqlar olub.

O vurğulayıb ki, ölüm hallarının 64-ü yol qəzası nəticəsində, 14-ü su hövzələrində, 37-si isə boğulma və cərəyanvurma halları ilə bağlı olub: “BMT Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hər gün dünyada 2200 uşaq avtomobil qəzasında dünyasını dəyişir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR