Azərbaycan Milli Məclisinin növbəti iclası keçirilir

Azərbaycan Milli Məclisinin növbəti iclası keçirilir
# 22 noyabr 2013 09:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin növbəti iclası keçirilir.

APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, gündəlikdə ilk məsələ deputatların təkliflərinə baxılması üçün hökumətə göndərilən 2014-cü ilin büdcəsinə yenidən baxılmasıdır.

Daha sonra maliyyə naziri Samir Şərifov büdcə müzakirəsi zamanı deputatlar tərəfindən edilən təkliflərdən hansının nəzərə alınması barədə məlumat verməyə başlayıb.

Qeyd edək ki, bugünkü iclasın gündəliyində ümumilikdə 24 məsələ var. Hesablama Palatasına yeni sədr seçilməsi də iclasda müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR