Dövlət Musiqili Teatrında “Qızıl toy” operettası tamaşaya hazırlanır - FOTO

Dövlət Musiqili Teatrında “Qızıl toy” operettası tamaşaya hazırlanır - <span style="color: red;">FOTO
# 16 may 2014 16:25 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettası tamaşaya hazırlanır.

Rejissor Yusif Əkbərovun APA-ya verdiyi məlumata görə, libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımi olan əsərə üçüncü quruluş veriləcək.

Əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib: “İkinci quruluşun müəllifi isə 1996-cı ildə mən olmuşam. Bu il də əsər mənim tərəfimdən səhnələşdirilib. Əsər də, tamaşa da müasir zaman üçün aktualdır. Əsərin əsas qayəsində vətənə məhəbbət dayanır. Tamaşada da insanlara bunu aşılamağa çalışırıq. “Qızıl toy”un tamaşaçılar tərəfindən seviləcəyinə əminəm”.

Y.Əkbərov həmçinin bildirib ki, tamaşanın hazırlanması zamanı təmir və bərpa işlərindən sonra teatrda yaradılmış müasir standartlara cavab verən texnoloji imkanlardan istifadə olunacaq.

Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır.

Əsas rollarda əməkdar artistlər Nahidə Orucova, Ema Məlikova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Əzizağa Əzizov, Gültac Əlili, Türkel Şabanova və başqaları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR