Çin səfiri: “Çin-Azərbaycan əlaqələri heç vaxt olmayan səviyyəyə çatıb” - FOTO

Çin səfiri: “Çin-Azərbaycan əlaqələri heç vaxt olmayan səviyyəyə çatıb” - <span style="color: red;">FOTO
# 13 iyun 2013 09:40 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Çinin Azərbaycandakı səfiri Xun Tsuyin ilə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov Azərbaycan-Çin əlaqələrinə toxunaraq qeyd edib ki, Azərbaycan prezidenti də bu əlaqələrə böyük önəm verir.

Daha sonra söz alan Çin səfiri əvvəlcə ölkəsinin son illər ərzində əldə etdiyi nailiyyətlərdən, Çin Kommunist Partiyasının 18-ci qurultayından sonra Çin rəhbərliyində baş verən dəyişikliklər və ölkənin xarici siyasəti barədə danışıb. Azərbaycanla Çin arasındakı əlaqələrə toxunan səfir xatırladıb ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub: “İki ölkənin liderləri sayəsində bu əlaqələr qarşılıqlı şəkildə uğurla inkişaf edib və stabil nəticələr əldə olunub. Çin-Azərbaycan əlaqələri heç vaxt olmayan səviyyəyə çatıb. Əgər 1992-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,5 milyon dollar idisə, 2012-ci ildə bu göstərici 1 milyard 200 milyon dollara çatıb. Artıq Çində Azərbaycana böyük investisiyalar qoymaq istəyən şirkətlər var. Çin tərəfindən 700 milyon dollar investisiya qoyuluşuna başlanıb. Çində isə 15 Azərbaycan şirkəti fəaliyyət göstərir. Gələcəkdə əlaqələrin inkişafı üçün qarşılıqlı investisiyaların həcmi artırılmalıdır. Biz bu istiqamətdə işləyirik. Bizim aramızda həll olunmamış məsələlər yoxdur. Hər iki ölkənin rəhbərliyi ərazi bütövlüyü, suverenlik kimi məsələlərdə bir-birini dəstəkləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR