Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 26 mart 2014 13:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Yasamal rayonu, Şərifzadə, 132 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məlumata görə, yanğın baş verən mənzil tüfeyli həyat tərzi sürən şəxsə məxsusdur. Yanğın da həmin şəxsin tullantılar topladığı otaqda baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR