İraqda antiterror əməliyyatı zamanı 8 hərbçi həlak olub - VİDEO

İraqda antiterror əməliyyatı zamanı 8 hərbçi həlak olub - <span style="color: red;">VİDEO
# 04 yanvar 2014 21:24 (UTC +04:00)

Bakı-APA. İraqın qərbindəki Əl Anbar əyalətində ötən gün “Əl Qaidə” ilə əlaqəli qruplaşmanın üzvləri ilə baş vermiş döyüşlərdə 8 hərbçi həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.

Məlumata görə, ən qızğın döyüşlər son həftələr antiterror əməliyyatlarının aparıldığı Əl Fəluca və Ramadi şəhərlərinin ətrafında baş verib. Bir neçə gün əvvəl Əl Fəluca şəhərinin “Əl Qaidə” yaraqlıların nəzarətinə keçdiyi bildirilirdi.

İraq hərbçiləri Əl Fəluca və Ramadi şəhərlərinin ətrafında baş vermiş döyüşlərdə 60 terrorçunun öldürüldüyünü bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR