Azərbaycan Rusiyanın Sverdlovsk vilayəti ilə nəqliyyat sahəsində əlaqələrini genişləndirir

Azərbaycan Rusiyanın Sverdlovsk vilayəti ilə nəqliyyat sahəsində əlaqələrini genişləndirir
# 14 mart 2014 09:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərbaycan Dəmir Yolları» QSC-də Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyindən «APA-Economics»ə verilən məlumata görə, Cəmiyyətin sədri Arif Əsgərov qonaqlara dəmir yolunda həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda yeni dönəm başlayıb: «Gələcəkdə artması nəzərdə tutulan tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək baxımından, bu gün görülən işlər çox əhəmiyyətlidir. «Azərbaycan Dəmir Yolları» QSC-nin investisiya layihələrində aktiv iştirakı, əslində, gələcəyə hesablanmış bir addımdır».

A.Əsgərov bildirib ki, Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2010-2014-cü illər) icrasına uyğun olaraq, vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı – Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır.

Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Y.Kuyvaşev bildirib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, fikir mübadiləsi aparılıb. O deyib ki, Azərbaycanda nəqliyyat sahəsində bir sox uğurlar əldə olunub və bu barədə məlumatı var. Görüşün sonunda ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR