ABŞ-da tornado yüzlərlə evi dağıdıb

ABŞ-da tornado yüzlərlə evi dağıdıb
# 27 aprel 2014 01:35 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Şimali Karolina ştatında tüğyan edən tornadolar 200-dək evi tamamilə və ya qismən dağıdıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Meteoroloji Xidmətin açıqlamasında bildirilir.

Tornadolar Pitt və Bofort dairələrində müşahidə olunub. Bofort dairəsində tüğyan edən tornado nəticəsində 16 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Təbiət hadisəsi 8 minədək insanın işıqsız qalmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR