«Azərbaycan Dəmir Yolları» işçilərinə verilən əmək haqqının aşağı olmasının səbəblərini açıqlayıb

«Azərbaycan Dəmir Yolları» işçilərinə verilən əmək haqqının aşağı olmasının səbəblərini açıqlayıb
# 08 fevral 2014 11:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərbaycan Dəmir Yolları» QSC dəmir yolu işçilərinə verilən əmək haqqının aşağı olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Səhmdar Cəmiyyətin Mətbuat Katibliyinin rəhbəri Nadir Əzməmmədov «APA-Economics»ə verdiyi açıqlamada bildirib ki, «Azərbaycan Dəmir Yolları» QSC təsərrüfat hesablı bir idarədir. O qeyd edib ki, bu qurumda işçi kontingenti işin həcminə uyğun deyil: «Biz ixtisarlar aparmalıyıq ki, burada işləyənlərin maaşlarını artıraq. Rəhbərlik isə buna razı olmur. Çünki uzun müddətdir burada işləyən insanlar var».

N.Əzməmmədov deyir ki, bu işçiləri birdən-birə ixtisar etmək fikrində deyillər: «Ona görə də maaşlar çox aşağıdır». Ancaq o vurğulayıb ki, əgər işin həcmi artarsa, yük daşıması artarsa, buna mütləq baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR