Rusiya BMT Təhlükəsizlik Şurasında islahat aparılmasına qarşı çıxır

Rusiya BMT Təhlükəsizlik Şurasında islahat aparılmasına qarşı çıxır
# 08 noyabr 2013 07:48 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. BMT Təhlükəsizlik Şurasında islahat aparılması məsələsi Baş Assambleya çərçivəsində müzakirə olunub. APA-nın xəbərinə görə, iştirakçılar TŞ-ni daimi üzvlərinin tərkibinin genişləndirilməsi və veto hüququnun tətbiqinin məhdudlaşdırılmasını müzakirə ediblər.

Lakin Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin TŞ-nin kompakt tərkibinin və veto hüququnun saxlanılmasına tərəfdar olduqlarını bildirib. O deyib ki, genişləndirilmiş tərkibin daha asanlıqla qərarlar qəbul edəcəyini düşünmək doğru deyil, əksinə, üzvlərin sayının artırılması TŞ-nin problemlərə operativ və effektiv reaksiyasını zəiflədə bilər.

Qeyd edək ki, TŞ-nin islahatına dair işçi qrup 20 ildir fəaliyyət göstərməsinə baxmayaraq, bu islahatla bağlı razılıq əldə etmək mümkün olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR