Azərbaycanın Niderlanddakı səfiri bu ölkə Senatının prezidenti ilə görüşüb

Azərbaycanın Niderlanddakı səfiri bu ölkə Senatının prezidenti ilə görüşüb
# 25 iyun 2014 20:03 (UTC +04:00)

Azərbaycanın Niderlanddakı səfirliyindən APA-ya verilən xəbərə görə, ilk öncə səfir M.Əfəndiyev, öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycandakı vəziyyətin köklü surətdə dəyişdiyini, siyasi və iqtisadi sabitliyin təmin olunduğunu, Azərbaycanın bir vaxt donor yardımı alan ölkədən donor yardımı göstərən ölkəyə çevrildiyini, ölkədəki demokratik institutların uğurla fəaliyyət göstərməsini, o cümlədən bir sıra dünya səviyyəli, mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsini qarşı tərəfin diqqətinə çatdırıb.

Xanım Anki Brokers öz növbəsində Azərbaycanda son illərdə yüksək sürətlə artan iqtisadi-sosial inkişafdan xəbərdar olduğunu vurğulayıb, Azərbaycanla Niderland arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi perspektivlərinə dair fikirlərini bildirib, iki ölkə arasında yüksək səviyyəli səfərlər, keçirilən görüşlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyətindən danışıb.

Səfir M.Əfəndiyev Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Niderland parlamentlərarası dostluq qrupunun fəaliyyətini, həmçinin Niderland Senatının keçmiş Prezidenti Rene van der Lindenin istər sözügedən vəzifədə, istərsə də senatın üzvü olaraq Bakıya çoxsaylı səfərlərini xatırladaraq, parlamentlərarası əlaqələrin daha da inkişaf etdiriməsinin vacibliyindən söz açıb. O, Azərbaycan-Niderland arasında keçirilmiş biznes və beynəlxalq humanitar forumlar barədə xanım Brokersə ətraflı məlumat verib, növbəti biznes forumun Niderlandda planlaşdırılmasının nəzərdə tutulduğunu həmsöhbətinin diqqətinə çatdırıb.

M.Əfəndiyev Azərbaycan diplomatiyasının başlıca uğuru kimi balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini, ərazisinin 20 faizini işğal etmiş Ermənistandan başqa bütün digər qonşu dövlətlərlə münasibətlərin yüksək səviyyədə olduğunu, heç bir hərbi-siyasi blokun üzvü olmadığını qarşı tərəfin diqqətinə çatdırıb. O təəssüflə qeyd edib ki, Ermənistanın Azərbaycana 20 ildən artıq davam edən təcavüzünə və Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal altında saxlamasına baxmayaraq, beynəlxalq birlik hüquqda cinayət sayılan təcavüz faktına lazımi hüquqi qiymət verməyib.

Səfir M.Əfəndiyev həmçinin Azərbaycanın Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə, 2014-cü ilin may ayından etibarən Nazirlər Komitəsinə sədrliyi və növbəti 6 ay ərzində Avropa Şurasının üç aparıcı sahəsi - insan hüquqları, hüquq norması və demokratiya üzrə hədəflərinə xidmətləri barədə fikir mübadiləsi aparıb. O qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə əsas prioritetlər Avropa Şurasının gündəliyindəki aktual məsələlər və üzv ölkələrin daim qarşılaşdığı çağırışlar olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR