Bakıda bir nəfər qaçırdığı avtomobillə iki piyadanı vurub

Bakıda bir nəfər qaçırdığı avtomobillə iki piyadanı vurub
# 11 iyun 2014 08:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 9-da saat 16.00 radələrində Ucar rayon sakini, 1991-ci il təvəllüdlü Eldar Umbayev Naxçıvanski küçəsindən Röyal Abbaszadəyə məxsus “Opel” markalı avtomobili qaçırıb və həmin gün saat 17.00 radələrində sözügedən küçədə Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Zöhrə Quliyevanı və Şamaxı rayon sakini, 1961-ci il təvəllüdlü Cavanşir Məmmədovu vuraraq avtomobili hadisə yerində qoyub, qaçıb. Hər iki piyada 3 saylı xəstəxanada yardım alaraq evə buraxılıblar. E. Umbayev iyunun 10-da könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR