İranın Qərbi Azərbaycan vilayətinə yeni vali təyin edilib - FOTO

İranın Qərbi Azərbaycan vilayətinə yeni vali təyin edilib - <span style="color: red;">FOTO
# 20 noyabr 2013 14:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətinə yeni vali təyin edilib. APA-nın “Araznews”a istinadən məlumatına görə, bu posta Qurbanəli Səadət gətirilib.

Yeni valinin kimliyi bu gün İranın Daxili İşlər Nazirliyi tərəfindən ictimaiyyətə elan olunub. Qurbanəli Səadət bu vəzifədə Vahid Cəlalzadəni əvəzləyib.

Qeyd edək ki, Q.Səadətin 60 yaşı var və İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərinin Qarabağ kəndində anadan olub. O, 1969-1976-cı illərdə İranın Qərbi Azərbaycan vilayətinin VII valisi olub. Bundan əlavə, Q.Səadət 9 il İranın Qum və Loristan vilayətlərinin də valisi işləyib. O, həmçinin 5 il İranın Qərbi Azərbaycan vilayətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini vəzifəsini icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR