Sentyabrın 10-da “Unibank”ın stimullaşdırıcı lotereyasının qaliblərinin adları məlum olacaq

Sentyabrın 10-da “Unibank”ın stimullaşdırıcı lotereyasının qaliblərinin adları məlum olacaq
# 06 sentyabr 2013 10:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sentyabrın 10-da “Unibank”ın “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının qaliblərinin adları məlum olacaq.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, nəticələr 3 iş günü ərzində KİV-də dərc olunacaq.

Ümumi uduş fondu 5 000 manat təşkil edən lotereyada hər qalib 100 manat qazanacaq. Lotereya üzrə uduşlar bankın Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Qeyd edək ki, lotereyanın şərtlərinə görə, iyunun 24-dən avqustun 31-dək “Unibank”a olan kredit ödənişlərini ölkə üzrə “Azərpoçt” filiallarından, “MilliÖn” paypointlərindən və online formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər. Lotereyanın şərtləri bu müddətdə “Unibank” filiallarında və bankın “Cash-in”lərində aparılan kredit ödənişlərinə şamil edilmir.

Oyunun keçirildiyi aylar ərzində hər kredit müqaviləsi üzrə edilmiş ödənişlər 1 şans kimi qəbul edilir. Müştəri bir kredit müqaviləsi üzrə hər ay (iyun, iyul, avqust) ödəniş edərsə, maksimum 3 şansı ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR