Türkiyədə iki Azərbaycan vətəndaşı yoxa çıxıb - FOTO - VİDEO

Türkiyədə iki Azərbaycan vətəndaşı yoxa çıxıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 iyul 2014 08:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Türkiyədə iki azərbaycanlı itkin düşüb.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşları – 26 yaşlı Həzi İmanov Türkiyənin Hatay şəhərində, 38 yaşlı Vüqar Məmmədov isə Antalyada yoxa çıxıb.

Onların tapılması üçün beynəlxalq axtarış bürosu olan İnterpola müraciət edilib.

Hazırda onların tapılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR