«Azəri-Çıraq-Günəşli» yataqlarında orta gündəlik neft hasilatı 666 min barel təşkil edir

«Azəri-Çıraq-Günəşli» yataqlarında orta gündəlik neft hasilatı 666 min barel təşkil edir
# 05 iyun 2013 08:26 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatı sabitləşdirilib. Buna ilin əvvəlindən indiyədək görülmüş kompleks tədbirlər nəticəsində nail olunub.

«APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransındakı çıxışında «BP-Azerbaijan» şirkətinin prezidenti Qordon Birrel bildirib.

Onun sözlərinə görə, cari ilin əvvəlindən indiyədək AÇQ yataqlar blokunda orta gündəlik neft hasilatı 666 min barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR