Azərbaycan Türkiyənin T-129 ATAK döyüş helikopteri ilə yaxından maraqlanır

Azərbaycan Türkiyənin T-129 ATAK döyüş helikopteri ilə yaxından maraqlanır
# 18 noyabr 2013 07:23 (UTC +04:00)

Bu barədə APA-ya Türkiyədə helikopterin istehsalçısı olan TAİ şirkətindən məlumat verilib.

Şirkət yetkililərinin sözlərinə görə, Azərbaycan tərəfi Türkiyə Milli Müdafiə Nazirliyi vasitəsi ilə helikopterin qiymətlərini öyrənib: «İlkin olaraq bizdən 2 ədəd ATAK-ın qiyməti istənildi. Türkiyə Müdafiə Nazirliyi Azərbaycana ATAK-ın Türkiyə Silahlı Qüvvələrinə müəyyənləşdirilmiş qiymətini təqdim elədi».

APA-nın əldə etdiyi məlumata görə, Türkiyə tərəfi T-129 ATAK helikopterini 2014-cü ilin sentyabrında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində əyani nümayiş etdirmək niyyətindədir.

Qeyd edək ki, bir neçə gün əvvəl Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev TAİ-nin zavoduna gələrək burada ATAK helikopterləri ilə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR