Hillari Klinton İrana qarşı yeni sanksiyaların tətbiqinin əleyhinə çıxıb

Hillari Klinton İrana qarşı yeni sanksiyaların tətbiqinin əleyhinə çıxıb
# 03 fevral 2014 08:54 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Sabiq dövlət katibi Hillari Klinton ABŞ Konqresinin İrana yeni sanksiya tətbiqini nəzərdə tutan layihəyə qarşı çıxıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Demokratlar Partiyasından 2016-cı ildə ölkə prezidentliyinə real namizəd sayılan sabiq dövlət katibi ötən həftə bununla bağlı ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Karl Levinə yazdığı məktubunda bildirib.

H.Klinton məktubunda İranın nüvə proqramı ilə bağlı tərəflər arasında danışıqlar getdiyi bir ərəfədə belə bir addımı məqbul saymadığını və ölkə prezidenti Barak Obamanın mövqeyini müdafiə etdiyini açıqlayıb: “İrana qarşı yeni sanksiyalar bizi diplomatiya yolundan kənara çıxaracaq və beynəlxalq dəstəyi qazanmağımıza zərər vuracaq. Eyni zamanda bu addım uzun müddətdir İrana qarşı səylərimizin genişlənməsinin əleyhinə olan digər ölkələr üzərində mövqeyimizi zəiflədəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR