Deputat seçiciləri ilə görüşüb - FOTO

Deputat seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 14 fevral 2014 06:56 (UTC +04:00)

Bakı – APA. Milli Məclisin deputatı Novruz Aslanov fevralın 13-də İsmayıllı rayonunun Keyvəndi kəndində seçicilərini qəbul edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, görüş kənd orta məktəbinin binasında keçirilib. Deputatla görüşə yaxın kəndlərdən də sakinlər gəlib.

Sakinlərin qaldırdığı məsələlər əsasən kəndin su və yol problemi ilə bağlı olub.

Onlar bu problemlərin həllinə köməklik göstərilməsini millət vəkilindən xahiş ediblər.

Millət vəkili müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR