Azərbaycanda məhkumlardan qadağan olunmuş vasitələr götürülüb

Azərbaycanda məhkumlardan qadağan olunmuş vasitələr götürülüb
# 14 mart 2014 15:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkumlardan qadağan olunmuş vasitələr götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Mirzə Rafiz oğlu Niftullayevin kamerasına və üzərinə baxış keçirilən zaman, kameranın sanitar qovşağının pəncərəsində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185.1; 177.2.1; 177.2.2; 178.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rahib Zülfüqar oğlu Həşimov etapla 2 saylı İstintaq təcridxanasına daxil olarkən onun üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin içində gizlədilmiş daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180.3.3 və 67.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ceyhun Hakim oğlu Əhmədov etapla 3 saylı İstintaq təcridxanasına daxil olarkən onun üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.


Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4; 234.1: 66.1 və 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş şəxs David Temuroviç Kvaraçxelyanın üzərinə və kamerasına baxış keçirilən zaman yataq yerində döşəyinin içində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR