Azərbaycanla Niderland Krallığı arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycanla Niderland Krallığı arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib
# 24 aprel 2014 14:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Niderland Krallığı Senatının üzvü Rene Van der Lindeni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ölkənin uğurlu sosial-iqtisadi inkişafından söz açan S. Müslümov eyni zamanda yoxsulluğun 5,3%-ə endiyini, BMT İnkişaf Proqramının 2013-cü ilə dair İnsan İnkişafı Hesabatına əsasən Azərbaycanın insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görüldüyünü bildirib.

R. V. Linden Azərbaycanda bütün sahələrdə olduğu kimi, rifah səviyyəsinin yüksəldilməsi sahəsində də aparılan uğurlu işlərin ölkəsi tərəfindən maraqla izlənildiyini və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin qeyd edilən sahələr üzrə də genişləndirilməsinin məqsədyönlü olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla Niderland Krallığı arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR