Azərbaycanda metal məmulatlarının istehsalı yarıdan çox azalıb

Azərbaycanda metal məmulatlarının istehsalı yarıdan çox azalıb
# 23 noyabr 2013 16:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 324,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, istehsalın həcmi metallurgiya sənayesində 0,3% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində isə 51,7% azalma baş verib.

Yanvar-oktyabr ayları ərzində sahə üzrə 1,6 min ton və ya 77,7% çox çuqun tökmə, 57,1 min ton və ya 9,0% çox polad borular, 189,5 min ton və ya 8,6% az armatur istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR