Macarıstan TürkPA-nın Bakıdakı sessiyasında iştirak edəcək

Macarıstan TürkPA-nın Bakıdakı sessiyasında iştirak edəcək
# 12 iyun 2014 10:24 (UTC +04:00)

Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı Macarıstan parlamentinin sədri Laslo Kover Azərbaycan Milli Məclisinin rəhbərliyinə məktub göndərib.

Məktubda müvafiq qərar macar xalqının soy-kökünün Şərqlə, türk dünyası ilə bağlılığı və ölkənin son illərdə həyata keçirdiyi "Şərqə açılım" siyasəti ilə əlaqələndirilib.

TürkPA-nın Bakıda keçiriləcək sessiyasında Macarıstanı ölkə parlamentinin vitse-spikeri Şandor Lejak və spikerin baş müşaviri, Macarıstanın Türkiyədəki keçmiş səfiri Andraş Kelemen təmsil edəcəklər.

Qeyd edək ki, macarların türk əsilli xalq olmaları ideyasını müdafiə edən Ş. Lejak həm də tanınmış dramaturq və tarixçi, Azərbaycan dilinin və tarixinin tədris edildiyi Lakiteleki Akademiyasının qurucusudur. Ş.Lejak 2006-cı ildən başlayaraq iki ildən bir keçirilən Hun-türk qurultayının rəsmi himayəçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR