Azərbaycanda mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınan nömrələr barədə məlumatın verilməsi elektronlaşdırılıb

Azərbaycanda mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınan nömrələr barədə məlumatın verilməsi elektronlaşdırılıb
# 01 iyul 2014 08:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətini elektronlaşdıraraq istifadəçilərin ixtiyarına verib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Elektron hökumət” portalı üzərindən təqdim olunan bu xidmət vasitəsilə mobil nömrələrin daşınma xidmətindən istifadəsi ilə bağlı məlumat əldə etmək mümkün olub. Xidmətdən yararlanmaq üçün istifadəçi mobil nömrəni müvafiq bölməyə daxil edərək “Göndərmək” düyməsini sıxmaqla asanlıqla məlumat ala bilər.

Qeyd edək ki, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidməti portalda qeydiyyatdan keçmədən istifadə oluna bilən xidmətlər sırasında yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR