İranın xaricdə dondurulmuş neft pullarından 550 milyon dolları geri qaytarılıb

İranın xaricdə dondurulmuş neft pullarından 550 milyon dolları geri qaytarılıb
# 04 fevral 2014 07:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xaricdə dondurulmuş neft pullarından ilk partiyası sərbəst buraxılıb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, fevralın 3-də rəsmi Tehranın Yaponiya Mərkəzi Bankındakı mövcud aktivlərindən 550 milyon dolları İsveçrə frankına çevrilərək İranın İsveçrə National Bankındakı hesabına köçürülüb. Artıq ABŞ Maliyyə Nazirliyi də bu pulun köçürülməsini təsdiqləyib.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq yanvarın 20-də icraya yönəlmiş Birgə Fəaliyyət Planına əsasən, rəsmi Tehrana xaricdə dondurulmuş neft pullarından 4,2 milyard dolları geri qaytarılacaq. Qalan pullar isə 1 mart (450 milyon dollar), 7 mart (550 milyon dollar), 10 aprel (550 milyon dollar), 15 aprel (450 milyon dollar), 14 may (550 milyon dollar), 17 iyun (550 milyon dollar) və 20 iyul (550 milyon dollar) tarixlərində ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR