“Qırğızqaz” şirkəti rəsmən Rusiyanın mülkiyyətinə keçib

“Qırğızqaz” şirkəti rəsmən Rusiyanın mülkiyyətinə keçib
# 04 fevral 2014 09:44 (UTC +04:00)

Bakı – APA. Bu gündən etibarən Qırğızıstanın “Qırğızqaz” şirkəti rəsmən Rusiyanın mülkiyyətinə keçib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məluçata görə, Rusiya prezidenti Vladimir Putin təbii qazın nəqli, bölgüsü və satışı ilə bağlı əməkdaşlığa dair Rusiya-Qırğızıstan hökumətlərarası sazişin ratifikasıyası haqqında qanun imzalayıb.

Müvafiq sənədə əsasən, Qırğızıstanın milli qaz operatoru olan “Qırğızqaz” Rusiyanın “Qazprom” şirkətinin mülkiyyətinə keçib.

Qeyd edək ki, Rusiya ilə Qırğızıstan hökumətləri arasında imzalanmış saziş 25 il qüvvədə olacaq. Bu müddət bitdikdən sonra tərəflər 5 ildən bir sazişin müddətini artıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR