Argentinada qatarın qəzaya uğraması nəticəsində 100-dək insan xəsarət alıb

Argentinada qatarın qəzaya uğraması nəticəsində 100-dək insan xəsarət alıb
# 20 oktyabr 2013 03:31 (UTC +04:00)

Bakı-APA. Argentinanın paytaxtı Buenos Ayresdə qatarın qəzaya uğraması nəticəsində 100-dək insan xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, yüksək sürətlə hərəkət edən qatar platformanın sonundakı bufer dirəyinə çırpılıb. Qəza nəticəsində bir neçə vaqon relsdən çıxaraq deformasiyaya uğrayıb. Xəsarət alanların bir qismi platformada qatarı gözləyən şəxslərdir – onlar vaqonların qırılan şüşələrindən xəsarət alıblar.

Xəstəxanaya yerləşdirilən qatarın maşinisti polis nəzarətinə götürülüb. Qəzanın səbəbləri araşdırılır.

Hadisə şahidlərinin sözlərinə görə, qatarın əyləcində problemlər qəza baş verməzdən əvvəl də müşahidə olunub. Belə ki, əvvəlki stansiyalarda maşinist qatarı platformanı keçdikdən sonra saxlaya bilib və arxaya sürməyə məcbur olub.

Qeyd edək ki, Buenos Ayresdə 2012-ci ilin fevralında baş vermiş analoji hadisə zamanı 50 nəfər ölüb, 600-dək sərnişin xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR