Mikayıl Cabbarov: “Azərbaycan vətəndaşları yüksək keyfiyyətli təhsili ölkənin ali təhsil müəssisələrində almalıdır”

Mikayıl Cabbarov: “Azərbaycan vətəndaşları yüksək keyfiyyətli təhsili ölkənin ali təhsil müəssisələrində almalıdır”
# 13 fevral 2014 07:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bu gün ali təhsil sistemində olan problemlərdən biri universitetləri çox uğurla başa çatdıran məzunların işəgötürənlər tərəfindən işə cəlb olunmamasıdır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimat mərasimində çıxışı zamanı deyib. O bildirib ki, bu istiqamətdə işə götürənlər, işgüzar assosiasiyalarla görüşlər keçirilir, müzakirələr aparılır: “Onlar tərəfindən verilən cavab ondan ibarət olur ki, məzunların peşələrə hazırlığı qaneedici olsa da, praktik hazırlığı istənilən səviyyədə deyil. Bu problem Azərbaycan üçün unikal deyil. Biz elə bir dövrdə yaşayırıq ki, ölkədə işəgötürənlərin sayı heç zaman bu qədər çox olmayıb. Bu da bilikli iqtisadiyyata keçidin fəsadlarından biridir. Amma Təhsil Nazirliyi işəgötürənlərlə sıx əlaqənin yaradılması, məzunların praktik hazırlıq prosesinə cəlb olunması və onların hərtərəfli hazırlığında maraqlıdır”.

M.Cabbarov qeyd edib ki, Azərbaycanın ali təhsil sistemində yüksək keyfiyyətli təhsil verilməlidir: “Azərbaycanın vətəndaşları müasir dövrdə yüksək keyfiyyətli təhsili Azərbaycanın ali təhsil müəssisələrində almalıdır. Bu gün müasir təhsili qloballaşan dünya çeviklik, peşəkarlıq, müasir bilik və texnologiyalar, xarici dillərin öyrənilməsindən kənar təsvir etmək çox çətindir. Bu proseslərin hər biri yeni yaradılan SABAH qruplarında özünü əks etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR