Səhiyyə Nazirliyi sanitar-epidemioloji qaydaları pozan müəssisə rəhbərlərini cəzalandırıb

Səhiyyə Nazirliyi sanitar-epidemioloji qaydaları pozan müəssisə rəhbərlərini cəzalandırıb
# 26 fevral 2014 13:32 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 484, mikrobioloji göstəricilərinə görə 464, toksikoloji göstəricilərinə görə 110, radioloji göstəricilərinə görə 12 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 4-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən edilib.

Şadlıq evlərindən 1232 yaxma nümunəsi götürülüb, 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Yanvar ayı ərzində əhali arasında 65 qida zəhərlənməsi hadisəsi baş verib, 67 nəfər zərərçəkən olub. O cümlədən 5 botulizm hadisəsi baş verib və nəticədə 8 nəfər zərər çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR