AİB: Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün təhsil sahəsinə xüsusi diqqət ayırmalıdır

AİB: Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün təhsil sahəsinə xüsusi diqqət ayırmalıdır
# 04 aprel 2014 14:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan kifayət qədər diversifikasiya olunmuş iqtisadiyyata malik olmaq üçün təhsil sahəsinə xüsusi diqqət ayırmalıdır. Ali təhsildə kvotaların olması böyük baryerdir. Bundan başqa, hədəfə nail olmaq üçün ali və peşə təhsili genişləndirilməlidir”.

APA-Economics”in məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) baş iqtisadçısı David Oldfield Bakıda keçirilən “Asiya İnkişafına Nəzər 2014” adlı hesabatın təqdimatında bildirib.

D.Oldfieldin sözlərinə görə, Azərbaycanda, məsələn, əməliyyat marketinqi və ya maliyyə sahələrinə dair müəllim tapmaq olduqca çətindir. O hesab edir ki, kənd yerlərində də təhsilə, xüsusi peşə məktəblərinə böyük diqqət göstərilməlidir.

İqtisadçı deyib ki, dövlətin xüsusi diqqət ayırmalı olduğu sahələrdən biri də səhiyyədir: "Səhiyyə sahəsində yüksək texnologiyalar tətbiq edilməli, səhiyyənin infrastrukturuna özəl sektor cəlb edilməli və dövlətin dəstəyi artmalıdır. təhsillə müqayisədə səhiyyəyə dövlət xərcləri az ayrılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR