İsveçrənin “JGB-FORUM” jurnalında Azərbaycandakı yüksək tolerantlıq barədə məqalə dərc edilib

İsveçrənin “JGB-FORUM” jurnalında Azərbaycandakı yüksək tolerantlıq barədə məqalə dərc edilib
# 17 oktyabr 2013 19:38 (UTC +04:00)

Bakı-APA. İsveçrə konfederasiyasındakı yəhudi icmasının mətbu orqanı olan “JGB-FORUM” jurnalında “Qafqazda yəhudi həyatının izi ilə” sərlövhəli məqalə dərc edilib. APA-nın Azərbaycanın İsveçrədəki səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, məqalədə Azərbaycanın qədim tarixi, mədəniyyəti və memarlığı haqqında geniş məlumat verilib, yüksək tolerantlığı ilə seçilən bu ölkədə yəhudilərin azərbaycanlılarla qarşılıqlı etimad və əmin-amanlıq şəraitində yaşadığı diqqətə çatdırılıb.

Bakıda, Oğuzda, Qubada, xüsusilə də Qırmızı qəsəbədə məskunlaşmış yəhudilərin rahat həyat sürdüklərinin bildirildiyi yazıda Azərbaycanın qonaqpərvər ölkə olduğu qeyd edilir.

Azərbaycan prezidenti İlham Əliyevin ölkədəki dini tolerantlığın qarantı qismində çıxış etdiyinin vurğulandığı məqalədə dövlətimizin başçısının sinaqoqların açılışında iştirak etməsinin dini konfessiyalara diqqətin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR