Tiflisdə Xocalı soyqırımına həsr edilən tədbir keçirilib - FOTOSESSİYA

Tiflisdə Xocalı soyqırımına həsr edilən tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 fevral 2014 14:59 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtındakı M.F.Axundov adına Mədəniyyət Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilən tədbir keçirilib. Bu dəfə tədbirdə gürcü ictimaiyyətinin nümayəndələri çoxluq təşkil edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri M.F.Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açıb. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə qurbanlarının ruhuna dua oxunub.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev və Demur Başeleişvili, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Tsetsxladze, Gürcüstanda fəaliyyət göstərən “Aqara” şirkətinin rəhbəri Əlixan Əlizadə, Abxaziya qaçqını David Çakaberiya və başqaları çıxış edərək Xocalı qurbanlarının Azərbaycanın suverenliyi və azadlığı naminə həlak olduqlarını, gürcü və azərbaycanlıların soyqırım qurbanlarının 22-ci ildönümündə birlikdə kədərləndiklərini, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin Gürcüstan ictimaiyyət nümayəndələrinə təbliğ edildiyini, 1992-ci ilin 25 fevralından 26-na keçən gecə baş verən faciə haqqında ətraflı məlumat verildiyini bildiriblər.

Tədbirdə Azərbaycan səfirliyinin, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin, gürcü və azərbaycanlı ictimaiyyətin nümayəndələri, Gürcüstan musiqi və incəsənət adamları iştirak ediblər. Tədbirdə Xocalıya aid foto sərgi nümayiş olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR