Kaliforniyada Lütfi Zadənin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Kaliforniyada Lütfi Zadənin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 29 may 2014 08:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. ABŞ-ın Kaliforniya ştatında soft kompyutinq üzrə IV beynəlxalq konfrans keçirilib. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş konfrans 2011-ci ildən keçirilir və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilir.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, konfransda dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycan, Belçika, Norveç, Ukrayna, Rusiya, Slovakiya, Meksika, Macarıstan, Kanada, ABŞ, Səudiyyə Ərəbistan, Hindistan, İran, Almaniya, Polşa və İspaniyadan olan alimlər 78 elmi məqalə ilə çıxış edib.

Konfransın baş katibi Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazova giriş nitqində Lütfi Zadənin elmi fəaliyyəti haqqında geniş məlumat verib. Açılış mərasimində ABŞ alimi Ronald Yaqer, polşalı alim Yanus Kaapçik və Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev çıxış edib. A.Hacıyev Lütfi Zadə adına Akademiyanın yeni yaradılmış veb-saytı haqqında konfrans iştirakçılarına məlumat verib, Lütfi Zadəyə Quba xalçasını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR