Səfirlik: “Polad Bülbüloğlunun xüsusi reyslə Bakıya gətirilməsi barədə xəbər həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır”

Səfirlik: “Polad Bülbüloğlunun xüsusi reyslə Bakıya gətirilməsi barədə xəbər həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır”
# 05 noyabr 2013 12:50 (UTC +04:00)

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumatda bildirilir ki, P. Bülbüloğlunun xüsusi reyslə Bakıya gətirilməsi barədə xəbər əsassızdır.

“avropa.info saytında “Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xüsusi reyslə Bakıya gətirildi” başlıqlı xəbəri həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır. Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Moskvada öz xidməti vəzifələrini yerinə yetirir. Bu gün, 5 noyabr tarixində, o iş qrafikinə əsasən, müsəlman Yeni ili münasibətilə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov tərəfindən veriləcək bayram qəbulunda iştirak edəcək”, - deyə səfirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR