Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar
# 07 fevral 2014 14:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, məqsəd BİT-in tibb-sanitar hissəsində saxlanılma şəraiti və göstərilən tibbi xidmətin qiymətləndirilməsindən ibarət olub. Araşdırma zamanı MPQ üzvləri tibb-sanitar hissəsinin palatalarına, cərrahi, stomatoloji, rentgen, dərmanların saxlandığı və digər otaqlara, laboratoriyaya, eyni zamanda 20-dən çox qeydiyyat jurnallarına baxış keçirib, 40-dan çox saxlanılan şəxslə müalicə olunduqları palatalarda görüşüb, onların sağlamlıq durumları, onlara göstərilən tibbi xidmətlə maraqlanmış və tibbi kitabçaları ilə tanış olublar.


Saxlanılan şəxslərlə söhbət zamanı tibb-sanitar hissəsində saxlanılma şəraiti, müalicə məsələləri və rəftarla bağlı şikayət daxil olmayıb, aşkar edilmiş xırda nöqsanlar MPQ üzvlərinin tövsiyəsi ilə müəssisə rəhbərliyi tərəfindən yerində aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR