Türkiyənin iqtisadiyyat naziri: “Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyə onunla diplomatik və iqtisadi əlaqələr qurmayacaq”

Türkiyənin iqtisadiyyat naziri: “Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyə onunla diplomatik və iqtisadi əlaqələr qurmayacaq”
# 25 may 2013 14:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Qəbələdə keçirilən üçüncü Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak edən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan jurnalistlərə müsahibəsində deyib.

O, üç dost ölkənin iştirakı ilə növbəti biznes-forumun Qəbələ şəhərində keçirilməsindən məmnunluğunu ifadə edib, artıq üçüncü dəfədir keçirilən biznes-forumun Azərbaycan, Türkiyə və Gürcüstan dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd edib.

Z.Çağlayan qonşu ölkələr arasında mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verdiyini bildirib və üçtərəfli əməkdaşlığın regionun inkişafında faydalı olacağını söyləyib. Türkiyəli nazir müsahibəsində bir daha vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyə Ermənistanla diplomatik və iqtisadi əlaqələr qurmayacaq: “Türkiyə daim qardaş Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR