Zərərçəkən: “Qardaşımı öldürən şəxsə xuliqanlıq maddəsi ilə ittiham verilib” - FOTO - APA TV

Zərərçəkən: “Qardaşımı öldürən şəxsə xuliqanlıq maddəsi ilə ittiham verilib” - <span style="color: red;">FOTO  - <span style="color: red;">APA TV
# 18 iyul 2013 11:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Cari ilin yanvar ayında Bakıda baş verən qətl hadisəsində zərərçəkən istintaqın gedişindən narazıdır. APA-nın xəbərinə görə, bu barədə zərərçəkən Bəxtiyar Orucov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

B.Orucov qeyd edib ki, bu il yanvarın 29-da Nərimanov rayonu Faiq Yusifov küçəsində baş verən kütləvi davada qardaşı 38 yaşlı Orucov Vüqar Ənvər oğlu qətlə yetirilib, özü isə bıçaqlanıb. Baş verən hadisədən sonra Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, Emin Səfərov Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq), Münasib Xəlilov isə 120.1 (qəsdən adam öldürmə) maddələri ilə ittiham edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.

B.Orucov iddia edir ki, qardaşını qətlə yetirən E.Səfərovdur və hadisə yerində olan B.Orucovun tanışı Mülayim Əsgərov da ifadəsində qeyd edib ki, hadisə vaxtı Emin Səfərovun əlində bıçaq görüb.

Hadisə ilə bağlı zərərçəkən tərəfindən Bakı Şəhər Prokurorluğuna və Baş Prokurorluğa müraciət edilib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə yanvarın 29-da Nərimanov rayonu Faiq Yusifov küçəsində, “Günəş” saunasının yaxınlığında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada iki qardaş - 38 yaşlı Orucov Vüqar Ənvər oğlu və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanıb. Nəticədə V.Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib, qardaşı B.Orucov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR