Polşa və İsveç xarici işlər nazirləri “Şərq tərəfdaşlığı” ölkələrinə səfər etməyi planlaşdırır

Polşa və İsveç xarici işlər nazirləri “Şərq tərəfdaşlığı” ölkələrinə səfər etməyi planlaşdırır
# 21 oktyabr 2013 11:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə nazirlər Radoslav Sikorski (Polşa) və Karl Bildt (İsveç) tərəfindən Belarusun “BelaPAN” agentliyi üçün yazılmış birgə məqalədə deyilir.

Səfər zamanı nazirlər “Şərq tərəfdaşlığı”nın 5 il ərzində mövcudluğu dövründə qazanılan nailiyyətlərdən danışacaqlarını və proqramın tam həyata keçirilməsi üçün zəruri olan tədbirləri xatırladacaqlarını deyiblər: “Bunun üçün iştirakçı ölkələrdən ümumi dəyərlərə bağlılıq tələb olunur. Yeni imkanlardan maksimum nəticə əldə etmək üçün cəmiyyətin bütün qruplarının birgə səyləri lazımdır. Real transformasiya yalnız dəyişikliklərə can atan ölkələrdə baş verəcək”.

Nazirlər qeyd ediblər ki, AB hələ də islahatların həyata keçirilməsində tərəfdaş ölkələrə yardıma hazırdır: “Təkcə 2013-cü ildə tərəfdaş ölkələrə dəstəyin həcmi 600 milyon avrodan çox təşkil edib. Hansı ölkələrdə daha dərin islahatlar keçiriləcəksə, o ölkə daha çox yardım alacaq”.

R. Sikorski ilə K. Bildt ümid etdiklərini bildiriblər ki, noyabrın 28-29-da Vilnüsdə keçiriləcək zirvə toplantısı nailiyyətlər sammiti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR