İranda 7 nəfər edam edilib

İranda 7 nəfər edam edilib
# 04 mart 2014 10:05 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Hörmüzqan vilayətində 4 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar.

Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra martın 2-də Bəndər Abbas şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Bundan əlavə, İranın Gilan vilayətində 2 nəfər edam edilib. Məhbuslar şəriətə zidd əməl törətməkdə günahlandırılaraq dara çəkiliblər. Onların ittihamları dəqiq qeyd olunmayıb. Məhbusların ad və soyadları açıqlanmasa da, 28 və 30 yaşlarında olduqları bildirilir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra martın 2-də Rəşt şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Eyni zamanda ötən həftə İranda yetkinlik yaşında ölüm cəzasına məhkum edilmiş bir nəfərin dara çəkildiyi məlum olub. Ad və soyadı açıqlanmamış məhbusun 17 yaşında əmisi oğlunu qətlə yetirdiyinə görə 4 illik həbs həyatından sonra 21 yaşında edam edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR