Türkiyədə yaşayan azərbaycanlının iddia ərizəsi əsasında BDP lideri barədə istintaq araşdırması başlayıb

Türkiyədə yaşayan azərbaycanlının iddia ərizəsi əsasında BDP lideri barədə istintaq araşdırması başlayıb
# 26 may 2014 14:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ankara Cümhuriyyət Baş Prokurorluğu Barış və Demokratiya Partiyasının (BDP) lideri, millət vəkili Səlahəddin Dəmirtaş haqqında istintaq araşdırmasına başlayıb. APA-nın Türkiyənin “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb onun İranda yaşayan Azərbaycan türklərini təhqir etməsidir. Araşdırma əslən Güney Azərbaycandan olan, hazırda Ankara şəhərində yaşayan, Hacəttəpə Universitetində diş həkimi işləyən Türkiyə vətəndaşı Məhbub Əmrahinin şikayət ərizəsi əsasında başlayıb.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) Ankara nümayəndəliyi rəhbərinin iddia ərizəsində S. Dəmirtaşın bu ifadələrinə yer verilib: “İraq bölünəcəyi təqdirdə müstəqil Kürdüstan dövləti qurulacaq. Suriyada da kürd muxtariyyəti yarana bilər. Onsuz da İranda Kürdüstan vilayəti var. Bu durumda İğdırdan Hatayadək Türkiyənin bütün cənub sərhədləri rəsmən Kürdüstan olacaq”.

Eyni zamanda şikayət ərizəsində xəyali Kürdüstan xəritələrində də Qərbi Azərbaycanın Kürdüstan kimi göstərildiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR